reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" ilə oyunda başqa şansımız yoxdur" -Slavik Alxasov


"Keşlə"nin müdafiəçisi Slavik Alxasov müsahibə verib.

Sportfm.az həmin müsahibəni təqdim edir. 

- Keşlənin çempionatlarda 700-cü özünün isə 10-cu qolunu vurdun. Yubileylərə bağlı fikrin necədi?

- Bu, mənim üçün xoş haldı. Çünki klubun tarixinə keçdim. Buna çox sevinirəm.

- "Keşlə" tarixinin ən uğursuz günlərini yaşayır. Komandada qələbə qazanmaq üçün nə çatışmır?

- Komandada qələbə qazanmaq üçün hər şey var. Bütün gücümüzlə hazırlaşırıq. İstəyirik qələbələrimiz olsun. Təəssüf ki, 1 xalımız var. İnanıram ki, bu durumdan çıxa biləcəyik. Hələ ki, 5 tur keçib.

- Sezar Meza Kollinin gedişi özünü göstərir?

- Əlbəttə, Meza Kollinin yeri komandada görünür. Bunu hamı bilir. Futboldu, nə etmək olar? Yaxşı təklif aldı və ayrıldı.

- Bu tur "Qəbələ"nin qonağı olacaqsız. Qəbələdə "qara zolağ"dan çıxmağı bacara biləcəksiz?

- "Qəbələ" də bizim kimi "qara zolağ"a düşüb. Bizim səfərdə başqa şansımız, seçimimiz yoxdur. Qəbələdən yaxşı nəticə ilə qayıtmaq istəyirik. (sportal.az)

Oxşar xəbərlər

"Rəqibdən çəkinmək düz deyil" - Rövlan Muradov
Azərbaycan yığmasında oynaması gözlənilən futbolçu Rumıniya klubunda - Transfer
“Keşlə” aparıcı futbolçusunu saxlayır
"Qəbələ"nin futbolçusu: "Başqa komandalardan mənə təkliflər var"
"Azərbaycandakı iki güclü komandadan biri "Qəbələ"dir" - Anar Nəzirov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər