Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Kamal Mirzəyev “Zirə”nin tarixinə düşdü
Topaz Premyer Liqasının 1-ci turundan təxirə salınan “Qarabağ” - “Zirə” oyunu (3:2) daha bir futbolçunun “Zirə”də debütü ilə əlamətdar olub.
Sportfm.az xəbər verir ki, Kamal Mirzəyev "qartallar"ın heyətində ilk matçını keçirib. 24 yaşlı yarımmüdafiəçi “Zirə”nin tarixinə 103-cü futbolçu kimi düşüb. O, Premyer Liqada komandanın heyətində meydana çıxan 63-cü oyunçudur.
Kamal debütü cari mövsümə təsadüf edən 7-ci futbolçu olub. Dilan Duventru, İlkin Qırtımov, Miloş Radivoyeviç, Pərdis Fərcad-Azad və Budaq Nəsirov 2-ci turun “Keşlə” (2:2), Bilal Həmdi 3-cü turun “Sabah” (0:1), Adrian Skarlatake 5-ci turun “Neftçi” (1:2) oyununda debüt şansı qazanıb.
Oxşar xəbərlər
"Zirə" 9 futbolçunu yola saldı - RƏSMİ
"Zirə"nin tarixinə düşən fransız - FOTO
"Səbail" - "Zirə" - START HEYƏTLƏR
"Zirə" - "Sabah" - START HEYƏTLƏR
“Zirə” tarixində 49-cu qolçu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası