Mövsümün ilk avtoqolu qeydə alındı
Topaz Premyer Liqasının 2018/19 mövsümündə ilk avtoqol qeydə alınıb.
Sportfm.az xəbər verir ki. bu, 6-cı turun “Sumqayıt” - “Zirə” (1:0) matçına təsadüf edib. Meydan sahibləri 3 xalı paytaxt təmsilçisinin müdafiəçisi Adil Nağıyevin topu öz qapısından keçirməsi hesabına qazanıb. Mövsümün əvvəlki 23 görüşündə avtoqol qeydə alınmadığı üçün Nağıyev ilk uğursuz olub.
Ümumilikdə isə “Zirə”nin futbolçuları Premyer Liqa tarixində 3-cü dəfə avtoqola üzülüblər. “Sumqayıt” isə 7-ci dəfə rəqib qoluna şahidlik edib.
Bu, “Zirə” və “Sumqayıt” arasında duellərdə 3-cü avtoqoldur. 2015/16 mövsümündə Cəmil Hacıyev (“Sumqayıt”), ötən çempionatda isə Jozef Bum (“Zirə”) belə uğursuzluq yaşayıb.
“Sumqayıt” - “Zirə” görüşündə qol ilk olaraq “Sumqayıt”ın üzvü Atilla Yıldırımın aktivinə yazılsa da, oyunun baş hakimi Vüqar Həsənlinin Peşəkar Futbol Liqasına ünvanladığı raporta əsasən, matçın yekun protokolunda dəyişiklik edilib.
Oxşar xəbərlər
“Zirə”nin 20-ci səfər “sülh”ü
Topaz Premyer Liqasının 23-cü uğursuzu
Premyer Liqamızda ilk böyükhesablı nəticə
Hamı qol vurdu, "Qəbələ" uduzdu
Premyer Liqanın debütantından bir ilk
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası