Topaz Premyer Liqasının 23-cü uğursuzu
“Zirə”nin futbolçusu Adil Nağıyev Azərbaycan çempionatları tarixinə 2 və daha çox avtoqol müəllifi olan 23-cü oyunçu kimi düşüb.
Sportfm.az xəbər verir ki, müdafiəçi Azərbaycan Premyer Liqasının 8-ci turunun “Keşlə” ilə görüşündə (0:1) öz qapısına qol vurub. 6-cı turun “Sumqayıt”la səfər matçında da (0:1) yeganə top məhz Adilin avtoqolu olmuşdu.
Nağıyevə qədər Azərbaycan çempionatlarında 6 futbolçu üç, 16 oyunçu isə iki dəfə topu öz qapısına göndərmişdi. İkinci dəfə uğursuzluq yaşayan “Zirə”li avtoqollarının sayı 2-yə bərabər olan 17-ci futbolçudur.
Adil eyni mövsümdə iki dəfə “fərqlənib” ki, belə şanssızlıq yalnız 6 oyunçu yaşamışdı. Onlardan ikisi bir mövsümdə rekord sayda - 3 dəfə öz qapısına qol vurub. Natiq Qasımov (MOİK) 2005/06, Jairo Rodriges (“Neftçi”) 2016/17 mövsümündə bunu gerçəkləşdirib. Ruslan Abışov (“Neftçi”) 2011/12, Eltun Yaqublu (AZAL) 2014/15, Cəmil Hacıyev (“Sumqayıt”) 2015/16 mövsümündə iki avtoqol üzüntüsü yaşayıb.
Oxşar xəbərlər
Ağabala Ramazanov debüt oyununda fərqləndi
Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlandı
Mövsümün ilk avtoqolu qeydə alındı
Premyer Liqanın debütantından bir ilk
Azərbaycan çempionatlarında ikinci dəfə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Araz Saatlı" "Göygöl"ə, "Ağdaş" "Şəki Siti"yə qalib gəldi - İkinci Liqa
-
Tovuzda bərabərlik - Premyer Liqa
-
“Neftçi” - “Qarabağ” matçının biletləri satışda
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Ümumilikdə pis oyun nümayiş etdirmədik" - Kurban Berdıyev
-
"Karvan"ın seriyası qırıldı - Premyer Liqa















Misli Premyer Liqası