Qəbələdə Dünya Kuboku keçiriləcək
2020-ci ildə Qəbələ şəhərində güllə atıcılığı üzrə Dünya Kuboku yarışı keçiriləcək.
Sportfm.az xəbər verir ki, bu barədə qərar Beynəlxalq İdman Atıcılıq Federasiyasının (ISSF) İcra Komitəsi iclasında qəbul olunub. Toplantıda 2020-ci ildə keciriləcək Dünya Kubokları üçün nəzərdə tutulmuş şəhərlər təsdiqlənib və yekun siyahıda Qəbələ də yer alıb.
Dünya Kubokunda 70-dən artıq ölkədən 600-ə yaxın idmançının iştirakı gözlənilir. Onlar arasında dünyanın tanınmış atıcıları, dünya və Avropa çempionları, olimpiya mükafatçıları olacaq.
Yarışın 2020-ci Tokio Yay Olimpiya Oyunlarından əvvəl, may- iyun aylarında keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan 2014-ci ildən etibarən atıcılıq növləri üzrə Dünya Kuboku, Avropa çempionatı və digər böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib.
Oxşar xəbərlər
Dünya çempionatı Rusiyadan alındı - Azərbaycanda keçiriləcək
2021-ci ilin son yarışı Bakıya salındı - Atıcılıq üzrə
Dünya Kuboku ilə bağlı mətbuat konfransı təşkil olundu
Bakıda növbəti idman turniri keçiriləcək
Dünya Kubokun yarışları Qəbələdə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası