reklam
Anar Nəzirovun 25-ci “quru” oyunu
Sportfm.az xəbər saytı

Anar Nəzirovun 25-ci “quru” oyunu


Topaz Premyer Liqasının 7-ci turunun “Qəbələ” ilə qarşılaşması (1:0) “Zirə”nin qapıçısı Anar Nəzirov üçün əlamətdar olub. 

Sportfm.az xəbər verir ki, o, mövsümdə ilk dəfə qapısını toxunulmaz saxlayıb. Bu, qolkiperin “Zirə”nin heyətində Azərbaycan çempionatında keçirdiyi yubiley – 25-ci “quru” oyun kimi tarixə düşüb. 

Nəzirov 2015/16 mövsümündə 14, 2016/17 mövsümündə 6, ötən çempionatda isə 4 dəfə meydanı qol buraxmadan tərk etmişdi. Cari mövsümün ilk uğuru ilə bu rəqəm 25-ə çatıb. Onun ilk belə matçı 2015-ci il avqustun 9-da AZAL-la ev oyununa (1:0) təsadüf edib. 

Qeyd edək ki, Anar “Zirə”nin heyətində ümumilikdə 27 “quru” oyun keçirib. Digər iki matç UEFA Avropa Liqasına təsadüf edib.

Oxşar xəbərlər

“Zirə”də üçüncü
Namaşkodan 25-ci quru qarşılaşma
Əhmədlidən ilk, rekordçu Bezotosnı
"Zirə" ölkə kubokunda ilk dəfə heç-heçə etdi
"Xəzər Lənkəran”la başlayan yubiley

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər