reklam
Namaşkodan 25-ci quru qarşılaşma
Sportfm.az xəbər saytı

Namaşkodan 25-ci quru qarşılaşma


“Keşlə”nin qapıçısı Stanislav Namaşko Azərbaycan Premyer Liqasında 25-ci quru oyununu keçirib.

Sportfm.az PFL-ə istinadla xəbər verir ki, yubiley 2020/21 mövsümünün ilk turuna təsadüf edib. “Sumqayıt”la səfər matçında (1:0) qol buraxmayan moldovalı ölkə çempionatında 25-ci dəfə qapısını toxunulmaz saxlayıb. Namaşko buna 75-ci oyununda nail olub.

 

2014/15 mövsümündə AZAL-ın heyətində Premyer Liqada debüt edən qapıçı həmin çempionatda 3 quru oyun keçirib. Növbəti mövsümdə isə moldovalı 14 belə görüşün iştirakçısı olub. Ötən çempionat ölkəmizə qayıdan Namaşko “Keşlə”dəki debüt mövsümündə 7 matçda qapısını toxunulmaz saxlayıb. Stanislav Azərbaycan çempionatları tarixində 25 və daha çox quru matç keçirən 49-cu qapıçı olub.

 

Bu göstəricidə rekord Rauf Mehdiyevə məxsusdur. O, 137 quru oyun keçirib.

Oxşar xəbərlər

Mövsümdə ilk, Premyer Liqada 30-cu
"Keşlə"nin oyunçusu millinin rekordçusu oldu
Əhmədlidən ilk, rekordçu Bezotosnı
Şahruddin Səlahətdən öndədi
Anar Nəzirovun 25-ci “quru” oyunu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər