İstanbuldakı matçda qol vuruldu, VAR sıradan çıxdı
Türkiyə Superliqasının 8-ci turunun mərkəzi görüşündə turnir cədvəlində son sıralarda qərarlaşan “Fənərbaxça” öz meydanında üçüncü pillədəki “Başakşəhər”lə qarşılaşıb.
Sportfm.az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matçda hesab açılmayıb. Oyunda qol vurulsa da, o qeydə alınmayıb. Belə ki, qonaqların vurduğu qolun ofsayd olub-olmamasını dəqiqləşdirmək istəyən baş hakim VAR-a müraciət etsə də çətinliklə üzləşib. Məlum olub ki, stadionda olan VAR sistemi çalışmır. Beləliklə, son 3 oyunda qələbə qazana bilməyən “Fənərbaxça” ev oyununda vacib xallar itirib. Qonaq komanda isə xallarının sayını 15-ə çatdırıb və eyni xala malik “Kasımpaşa”nı top fərqinə görə qabaqlayaraq ikinci sıraya yüksəlib.
Bu gün keçirilən digər oyunlardan “Yeni Malatyaspor” - “Sivasspor” görüşü 4:4 hesabı ilə heç-heçə başa çatıb. Trabzonspor” isə səfərdə “Akhisarspor”u 3:1 hesabı ilə məğlub edib. Hazırda “Qalatasaray” 18 xalla çempionatın vahid lideridir.
Qeyd edək ki, tura “Konyaspor”-“Beşiktaş” matçı ilə yekun vurulacaq.
Oxşar xəbərlər
Super Liqada 29-cu tura yekun vuruldu
Böyük derbidə qalib müəyyənləşmədi - VİDEO
"Qalatasaray" yenə Alanyada "ilişdi"
"Fənərbaxça" yenə "büdrədi" - 90-cı dəqiqədə
"Qalatasaray" "sarı-qırmızılar"ı məğlub etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin




.jpg)







Misli Premyer Liqası