reklam
Yay Olimpiya Oyunları Afrikada keçiriləcək -
Sportfm.az xəbər saytı

Yay Olimpiya Oyunları Afrikada keçiriləcək -ilk dəfə


Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib.

Sportfm.az xəbər verir ki, yarış 2022-ci ildə Seneqalın paytaxtı Dakarda təşkil olunacaq.

Qərar Beynəlxalq Olimpiya Komitəsinin (IOC) III Yay Olimpiya Oyunlarının keçirildiyi Argentinanın paytaxtı Buenos-Ayresdəki iclasında qəbul olunub. Olimpiadanın Afrika qitəsində keçirilməsi qərarı isə IOC-un fevral ayındakı iclasında qəbul olunub.

Seneqal bu yarışa ev sahibliyi etmək üçün yeganə namizəd olub. Qurum oyunların Tunis, Botsvana və Nigeriyada da keçirlməsi variantlarını nəzərdən keçirib.

Qeyd edək ki, Afrika qitəsi ilk dəfə böyük bir olimpiadaya ev sahibliyi edəcək. IV Yay Olimpiya Oyunları 2022-ci ilin may və iyun aylarında baş tutacaq.

Oxşar xəbərlər

Solt-Leyk-Siti şəhəri Qış Olimpiya Oyunlarının ev sahib ola bilər
Yay Olimpiya Oyunları təxirə salındı
Yay Olimpiya Oyunlarının keçirilmə vaxtı dəyişdirildi
2024-cü və 2028-ci il Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək şəhərlərin adları məlum olub
Olimpiya Oyunlarının ev sahibləri səsverməsiz təyin olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər