reklam
Almeyda hamını qabaqladı
Sportfm.az xəbər saytı

Almeyda hamını qabaqladı


UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun ilk oyun gününün qarşılaşmalarından sonra statistik göstəricilər açıqlanıb.

Sportfm.az xəbər verir ki, milli komandamızın iki futbolçusu - Qara Qarayevlə Riçard Almeyda ən yaxşılar arasında yer alıblar.

Hər iki yarımmüdafiəçi dəqiq ötürmələrin sayında öndədirlər:

1. Riçard Almeyda (Azərbaycan) - 215

2. Serxio Ramos (İspaniya) - 204

3. Qara Qarayev (Azərbaycan) - 201

4. Herolind Şalya (Kosovo) - 180

5. Hekuran Kryeziu (Kosovo) - 172

İki turdan sonra ən çox qol vuran komanda İspaniyadır (8 qol). Lüksemburq 7, İsveçrə 6, Belarus 5, Türkiyə isə 4 dəfə rəqiblərini məyus edib. Millimiz 1 qolla ən aşağı yerlərdə qərarlaşıb.

Liqada 4 qol vuran Serbiya millisinin forvardı Aleksandar Mitroviç vahid bombardirdir. Romelu Lukaku (Belçika), Stanislav Draqun (Belarus), Timu Pukki (Finlandiya), Kristian Eriksen (Danimarka), Stefan Yohansen (Norveç), Andre Silva (Portuqaliya), Saul Niqes (İspaniya), Eqziyan Alioski (Makedoniya) və millimizin üzvü Riçard Almeyda 2 qolla bombardirlər siyahısında 2-ci yeri bölüşürlər. Təmkin Xəlilzadə və Dmitri Nazarov hərəyə 1 qolla aşağı yerlərdə qərarlaşıblar.

Turnirdə ən çox assist edən İspaniya millisinin üzvü Marko Asensiodur (4 dəfə). 

Millətlər Liqasında ən çox qurtarış edən qapıçı Litva millisinin üzvü Ernestas Şetkusdur. Malta yığmasının çərçivə qoruyucusu Endryu Hoqq 14 dəfə zərbələri zərərsizləşdirib. Lixtenşteyn millisinin üzvü Benjamin Büxel və San Marino yığmasının qolkiperi Elia Benedettini 14 qurtarışla yadda qalıblar. Yığmamızın qolkiperi Kamran Ağayev isə üç oyundan sonra 5 dəfə rəqib futbolçulara qol vurmaq imkanı verməyib.

Oxşar xəbərlər

Almeyda ən dəqiq ötürmə verən futbolçular sırasında
Kosovo - Azərbaycan: Ehtimal 11-liklər
Serxio Ramos, Riçard Almeyda və Qara Qarayev
Almeyda və Qara Qarayev zirvədə
Azərbaycan - Kosovo - Ehtimal edilən heyətlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər