reklam
Karate 1 Premyer Liqa seriyasına start verildi
Sportfm.az xəbər saytı

Karate 1 Premyer Liqa seriyasına start verildi


Yaponiyanın paytaxtı Tokioda Dünya Karate Federasiyasının Karate 1 Premyer Liqa seriyasından turniri başlayıb.

Sportfm.az xəbər verir ki, mövsümün sonuncu yarışında Azərbaycan milli komandasının heyətində 12 karateçimiz iştirak edir. Heyətdə Firdovsi Fərzəliyev (60 kq) Tural Ağalarzadə, Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) yer alıblar.

Karateçilərimiz oktyabrın 12-də tatami üzərinə çıxacaqlar.

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və səfirliyin əməkdaşları da yarış zalında milli komandamızı dəstəkləyirlər.

Oxşar xəbərlər

İdmançılarımız Madriddə mübarizəyə başlayır
İdmançılarımız Premyer Liqa turnirində iştirak edəcəklər
Mərakeşdə Azərbaycanı 14 idmançı təmsil edəcək
Karateçilərimiz Tokioda yarışacaq
Karateçilərimiz Premyer Liqada çıxış edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər