reklam
“Qarabağ”dan qəza ilə bağlı rəsmi açıqlama
Sportfm.az xəbər saytı

“Qarabağ”dan qəza ilə bağlı rəsmi açıqlama


"Qarabağ” ötən gecə qapıçısı Hannes Halldorssonun törətdiyi avtomobil qəzası ilə bağlı rəsmi açıqlama yayıb.
Sportfm.az xəbər verir ki, açıqlamada bunlar qeyd olunub:
“Dünən axşam saatlarında "Qarabağ"ımızın qapıçısı Hannes Tor Halldorsson evinə yollanarkən, yol nəqliyyat hadisəsi baş verib. Belə ki, qolkiperimiz idarə etdiyi avtomobillə piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçməyə çalışan 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlunu vurub. Halldorsson yaralıya ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıb və bu barədə hüquq mühafizə orqanlarına məlumat verib. Hüquq mühafizə orqanları tərəfindən müvafiq prosedurlar tamamlandıqdan sonra qapıçımız evinə yollanıb. Yaralı ciddi xəsarət almayıb, sadəcə sağ diz qapağında sürüşmə olub, həkimlər anında müdaxilə eləyib və yaxın günlərdə evinə buraxılacağı gözlənilir.
"Qarabağ" Futbol Klubu yaşanmış hadisədən təəssüf hissi keçirir və zərərçəkmişin tezliklə sağalmasını diləyir”.

Oxşar xəbərlər

Halldorsson məşqçi işləyəcək - yeni klubu açıqladı
Halldorssonun yeni klubu müəyyənləşdi
"Qarabağ"da hər şey ümid etdiyim kimi olmadı" - Hannes Halldorsson
Halldorsson Bakıda maşınla adam vurdu - Hadisə
Halldorssonun əvəzinə yeni qapıçı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər