"Qarabağ"da hər şey ümid etdiyim kimi olmadı" -Hannes Halldorsson
"Qarabağ"ın islandiyalı qapıçısı Hannes Halldorsson ölkəsinin mətbuatına açıqlama verib.
Sportfm.az xəbər verir ki, 34 yaşlı qapıçı "Qarabağ"da hər şeyin onun ürəyincə olmadığını deyib: "Bunu bəhanə etmək üçün demirəm, "Qarabağ"a gələndə zədələndim. "Qarabağ"da hər şey ümid etdiyim kimi olmadı. Baş məşqçimiz müqavilə bağlayanda məni əsas qapıçı kimi aldıqlarını demişdi. Lakin zədəmə görə yeni qapıçı alındı. İndi biz üç qapıçıyıq. Kimin qapıda duracağı əvvəlcədən bəlli deyil. Əsas heyətdə meydanda çıxmaq təsadüfi olur. Kim səhv etsə, meydana çıxmır. Bir neçə oyunda əsas heyətə yer aldım. "Sportinq"lə oyunda çox zəif çıxış etdim və qapımıda 6 qol gördüm. Həmin oyundan sonra meydana çıxmıram".
İslandiya millisinin üzvü gələcək karyerası barədə qərar vermədiyini deyib: "İndi iki yol arasındayam. Vəziyyətə baxıb, gələcəyimi düşünürəm".
Qeyd edək ki, Halldorsson yayda "Qarabağ"a keçmişdi.(sportal.az)
Oxşar xəbərlər
"Qarabağ"ın qapısını qoruyan soyğunçular haqqında film çəkdi - Uğur
Əcnəbi qapıçı Azərbaycandakı karyerası ilə bağlı kitab yazacaq
Halldorsson məşqçi işləyəcək - yeni klubu açıqladı
“Qarabağ”dan qəza ilə bağlı rəsmi açıqlama
Rejissor qapıçı ilə neçə "Qarabağ"da olacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası