"Məğlubiyyətlərdən təngə gəlmişdik" -Sənan Qurbanov
"Məğlubiyyətlərdən təngə gəlmişdik. Fasilənin olması işimizə yaradı. Yumruq kimi birləşdik. Psixoloji gərginliyimiz var idi".
Sportfm.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının 8-ci turunda "Neftçi"yə 3-1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Gənc mütəxəssis qalib gəldikləri oyunu şərh edib: "Məğlubiyyətlər artıq bizi bezdirmişdi. Futbolçularımın gözlərinə baxanda alışıb-yandıqlarını görürdüm. Oyunu səbirsizliklə gözləyirdilər. Aqil Məmmədova da xüsusi alqış düşür. Öz oyunu gözləyirdi. Gözəl qurtarışlar etdi. Bu oyuna görə sevindik, amma artıq bunu unutmalı və növbəti matçlara hazırlaşmalıyıq. Azarkeşlərimizi təbrik edirəm".
Oxşar xəbərlər
"Finalda da qələbə gözləyirəm" - Ayxan Abbasov
"Bizim də başımıza gəlib" - Qurban Qurbanov
"Bura nəticə qazanmaq üçün gəlmişdik" - Qurban Qurbanov
"Bu oyundan dərs çıxarmalıyıq" - Roberto Bordin
Qurban Qurbanov: "Bakıda bizi daha çətin və ağır oyun gözləyir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası