Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Barselona"da Lionel Messi şoku yaşandı
"Barselona" İspaniya La Liqasının 9-cu turu çərçivəsində "Sevilya" ilə oyununun ilk hissəsində ciddi itki ilə üzləşib.
Sportfm.az xəbər verir ki, komandanın ulduzu Lionel Messi 26-cı dəqiqədə əndəlüsiyalıların yarımmüdafiəçisi Franko Vaskeslə toqquşaraq, zədələnib. Yerə düşən zaman sağ dirsəyindən xəsarət alan Messi oyunu tərk edib.
Messi meydanda olduğu 26 dəqiqədə 1 qol vurub, 1 məhsuldar ötürmə edib. Oyun isə "Barselona"nın 4-2 hesablı qələbəsiylə yekunlaşıb.
Qeyd edək ki, "Barselona" 24-də Çempionlar Liqasında "İnter"lə, 4 gün sonra isə La Liqada "Real"la üz-üzə gələcək. Argentinalı hücumçunun həmin görüşlərdə iştirak edib-etməyəcəyi bəlli deyil.
Oxşar xəbərlər
Messi het-trik etdi, "Barselona" qalib gəldi
Lionel Messinin durumuna aydınlıq gəldi
Messi primerada 6000-ci qolu vurdu
Suaresin başladığını Messi sona çatdırdı - "Barselona" qalib gəldi
Messi 500-ə çatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası