Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qəbələ” son məşqə çıxdı
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar yolunun 1-ci mərhələsinin cavab oyunu öncəsi son məşqini keçirib.
Sportfm.az xəbər verir ki, dünən matçın keçiriləcəyi Moldovanın Tiraspol şəhərinə çatan “qırmızı-qaralar” “Şerif”lə görüşün hazırlığını yekunlaşdırıb. Emin İmaməliyevin baş məşqçisi olduğu komanda bu gün matçın keçiriləcəyi “Şerif” stadionunun kiçik arenasında məşq edib.
Sabah keçiriləcək “Şerif” - “Qəbələ” qarşılaşması da kompleksin bu meydançasında baş tutacaq. Matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Xatırladaq ki, oktyabrın 3-də Qəbələ şəhər stadionunda keçirilən ilk görüşdə qalib müəyyənləşməmişdi – 1:1.
Oxşar xəbərlər
"Qəbələ" növbəti mərhələdə
"Qəbələ" Tiraspolda məşqə çıxdı
"Qəbələ" səfərə çıxdı
"Qəbələ"nin "Şerif"lə keçirəcəyi oyunların vaxtı bəlli oldu
Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası