Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ" Tiraspolda məşqə çıxdı
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin cavab oyunu öncəsi son məşqini keçirib.
Sportfm.az xəbər verir ki, dünən matçın keçiriləcəyi Moldovanın Tiraspol şəhərinə çatan “qırmızı-qaralar” “Şerif”lə görüşün hazırlığını yekunlaşdırıb. Emin İmaməliyevin baş məşqçisi olduğu komanda matçın keçiriləcəyi “Şerif” stadionunun kiçik arenasında məşq edib.
Sabah keçiriləcək “Şerif” - “Qəbələ” qarşılaşması da kompleksin bu meydançasında baş tutacaq. Matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Xatırladaq ki, oktyabrın 3-də Qəbələ şəhər stadionunda keçirilən ilk görüşdə qalib müəyyənləşməmişdi – 1:1.
Oxşar xəbərlər
"Qəbələ" növbəti mərhələdə
“Qəbələ” son məşqə çıxdı
"Qəbələ" səfərə çıxdı
"Qəbələ" - "Şerif": hakimlər açıqlandı
"Qəbələ"nin "Şerif"lə keçirəcəyi oyunların vaxtı bəlli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası