Vüqar Məmməd: "Oyunda müəyyən çatışmayan nüanslar oldu"
“Bolqarıstan yığması çox yaxşı, mobil komandadır. Oyun çox ağır keçdi”.
Sportfm.az xəbər verir ki, bu sözləri 19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Vüqar Məmməd AFFA-nın rəsmi saytına açıqlamasında deyib. Bolqarıstan yığması ilə keçirilən yoldaşlıq görüşünü (0:0) dəyərləndirən gənc mütəxəssis əzmkar oyuna görə komandasına təşəkkür edib:
“Dünən Bakıdan Sofiyaya, ordan isə Sliven şəhərinə ümumilikdə 14 saatlıq yorucu yol qət etsək də, futbolçularımız əzmkar mübarizə apardılar. Buna görə onlara təşəkkür edirəm. Oyunda müəyyən çatışmayan nüanslar oldu və bunun üzərində çalışacağıq. Təəssüf ki, qol vura bilmədik. Amma futbolçular verilən tapşırıqları maksimum yerinə yetirmək üçün çox çalışdılar. Avropa çempionatının seçmə mərhələsinə qədər səylə çalışmalıyıq”.
Oxşar xəbərlər
"Komanda oyundan oyuna yüksəlişdədir" - Vüqar Məmməd
"Çatışmayan cəhətlərimizi üzə çıxardıq" - Vüqar Məmməd
"Futbolçularda müəyyən psixoloji təzyiq yaratmışdı" - Ramin Quliyev
Yığmamız MOİK-i məğlub etdi - FOTO
Millimizin baş məşqçisi: "Kamran Quliyevə klubunun xahişi ilə icazə verdik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
Azərbaycan kubokunda hakim təyinatları
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
60 fərqli stadionda qalib gələn ilk klub
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası