Millimiz FIFA reytinqində irəlilədi
FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 1 pillə irəliləyib.
Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv hazırda 1207 xalla 107-ci pillədə qərarlaşıb.
UEFA Millətlər Liqasında D Liqasının 3-cü qrupundakı rəqiblərdən Kosovo yığması 1 pillə irəliləyərək 1099 xalla 137-ci yeri tutub. Malta isə öz mövqeyini qoruyaraq 927 xalla 183-cü yerdədir. Farer adaları isə 3 pilllə geriləyib. Komanda 1251 xalla 95-cidir.
FIFA-nın reytinq siyahısına 1723 xalla Belçika başçılıq edir. Fransa 1732 xalla ikinci, Braziliya isə 1669 xalla üçüncüdür.
Türkiyə yığmasının reytinqdə mövqeyi dəyişməyib. Qonşu ölkə 1449 xalla 38-cidir.
Oxşar xəbərlər
Millimiz irəlilədi - FİFA reytinqi
Azərbaycan millisi 2 pillə gerilədi - FIFA reytinqi
Millimiz FIFA reytinqində gerilədi
Azərbaycanın FIFA reytinqindəki mövqeyi dəyişmədi
Yenə yerimizdə sayırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası