reklam
Azərbaycanın FIFA reytinqindəki mövqeyi dəyişmədi
Sportfm.az xəbər saytı

Azərbaycanın FIFA reytinqindəki mövqeyi dəyişmədi


FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.

Sportfm.az xəbər verir ki, Azərbaycan millisi ilin yekun siyahısında mövqeyini qoruyub. Hazırda komanda 1206 xalla 107-ci pillədə qərarlaşıb.

Yığmanın AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərinin də ötən ayla müqayisədə mövqeyi dəyişməz qalıb. Xorvatiya 1634 xalla 4-cü, Uels 1525 xalla 19-cu, Slovakiya 1483 xalla 27-ci, Macarıstan isə 1412 xalla 51-ci yerdədir. 

FIFA-nın reytinq siyahısında ilk "3-lük" də dəyişməyib. Belçika 1727 xalla birinci, Fransa 1726 xalla ikinci, Braziliya isə 1676 xalla üçüncü yerdədir.

Türkiyə yığması isə reytinqdə 1443 xalla 39-cu yerdə qalıb.

Oxşar xəbərlər

Azərbaycan millisi 2 pillə gerilədi - FIFA reytinqi
Millimizin mövqeyi dəyişmədi - FIFA reytinqi
Millimiz FIFA reytinqində gerilədi
Millimiz FIFA reytinqində mövqeyini qorudu
Millimiz FIFA reytinqində irəlilədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər