reklam
Alfa Liqanın püşkü atıldı -
Sportfm.az xəbər saytı

Alfa Liqanın püşkü atıldı -FOTO


“Çinar Plaza”nın konfrans zalında Azərbaycan Minifutbol Federasiyasının təşkil etdiyi Alfa Liqanın 2018/19 mövsümünün püşkatma mərasimi baş tutdu.

Sportfm.az xəbər verir ki, tədbirdə Alfa Liqada çıxış edəcək 8 komandanın nümayəndələriylə yanaşı çempionatın təşkilati dəstəkçisi olan “Azfar Group” şirkətinin direktoru Taleh Nəsibov və rəhbər heyəti, minifutbol üzrə milli komandanın baş məşqçisi Elşad Quliyev və futzal üzrə yığma komandamızın aparıcı üzvü Vitali Borisov çıxış etmişlər. Yeni mövsümün format və reqlamenti haqqında iştirakçılara məlumat verildikdən sonra ilk turda qarşılaşacaq komandaları müəyyən etmək üçün səhnəyə Vitali Borisov dəvət olundu. Tanınmış futzalçı səbətdəki şarları çıxartdıqdan sonra birinci turda qarşılaşacaq komandalar müəyyənləşdi. Daha sonra ilk çempionatın qalibi olan “Peçat Dönər” komandasının üzvü Turxan Quliyev yenidən eyni uğuru təkrarlayıb kuboka həmişəlik sahib çıxmaq istədiklərini dilə gətirdi və eyni zamanda digər iştirakçılara da uğurlar arzuladı. Həmçinin 8 komandanın hər birinə uğurlar arzulayan AMF-in baş katibi Azər Hüseynov tədbir iştirakçılarının suallarını cavablandıraraq bəzi vacib məqamları onların diqqətinə çatdırdı.

Oxşar xəbərlər

Alfa Liqanın qalibi məlum oldu - FOTO
Alfa Liqaya yekun vuruldu, Rəcəb Fərəczadə məşqçi kimi ilk kubokunu qazandı
Minifutbol üzrə Alfa Liqanın püşkü atıldı - FOTOLAR
Bərdə komandası Alfa Liqada iştirak edəcək
Yeni Azərbaycan milli komandası formalaşdırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər