Litva Dünya Çempionatına ev sahibliyi edəcək -Avropada üçüncü dəfə
2020-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatına Litva ev sahibliyi edəcək. İran, Yaponiya və Yeni Zelandiya da mundialı qəbul etmək üçün namizədliyini irəli sürsə də, FİFA üstünlüyü Avropa ölkəsinə verib.
Sportfm.az xəbər verir ki, bu, Avropada keçiriləcək sayca üçüncü dünya çempionatı olacaq. İlkin və əsas mərhələnin püşkü bu il dekabrın 12-də atılacaq. İlkin mərhələnin oyunları gələn il yanvarın 29-dan fevralın 3-dək, əsas mərhələnin görüşləri isə oktyabrın 22-dən 27-dək keçiriləcək. 2019-cu il noyabrın 7-də elit raundun püşkü atılacaq, oyunları isə 2020-ci il yanvarın 28-dən fevarlın 2-dək baş tutacaq. Play-off oyunlarının tarixi də məlumdur. Son iştirakçıların adı 2020-ci ilin 9 və 12 aprelində keçiriləcək matçlarda məlum olacaq. Dünya çempionatının final mərhələsi isə sentyabrın 12-dən oktyabrın 4-dək keçiriləcək.
Qeyd edək ki, 2016-cı ildə dünya çempionatı Kolumbiyada keçirilib və final matçında Rusiyanı 5:4 hesabı ilə məğlub edən Argentina qalib olub.
Oxşar xəbərlər
Rəqiblər müəyyənləşəcək - Püşkatma
Futzal yığmamız üçün gözəl şans - DÇ-2024
“Araz”ın ÇL-dəki rəqibləri nə vaxt müəyyənləşəcək?
Millimizin rəqibləri müəyyənləşdi - Slovakiya yenə bizimlə eyni qrupda
Elxan Məmmədovun təyin etdiyi kadr dünya çempionatının püşkatmasında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası