Elxan Məmmədovun təyin etdiyi kadr dünya çempionatının püşkatmasında
Dekabrın 12-də UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında 2020-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının ilkin və əsas mərhələsinin püşkü atılacaq.
Sportfm.az xəbər verir ki, püşkdə Azərbaycan Futzal Federasiyasını baş batib Elxan Məmmədovun təyin etdiyi AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov təmsil edəcək.
Qeyd edək ki, millimiz mübarizəyə əsas mərhələdən başlayacaq. Bu mərhələnin oyunları gələn il 22-29 oktyabr tarixlərində keçiriləcək. Elit-raundun püşkü noyabrın 7-də, oyunları isə 2020-ci il yanvarın 28-dən fevralın 2-dək təşkil ediləcək. Dünya çempionatının final mərhələsinə isə 2020-ci ilin 12 sentyabr – 4 oktyabr tarixlərində Litva ev sahibliyi edəcək. Əsas mərhələnin oyunlarının Bakıda keçirilməsi üçün AFFA namizədliyini irəli sürüb.
Oxşar xəbərlər
Seçmə mərhələnin təqvimi açıqlandı - Avropa çempionatı
Futzal yığmamız üçün gözəl şans - DÇ-2024
Millimizin rəqibləri müəyyənləşdi - Slovakiya yenə bizimlə eyni qrupda
Litvaya gedən yol: Azərbaycan Fransa və İtaliya ilə eyni səbətdə
Litva Dünya Çempionatına ev sahibliyi edəcək - Avropada üçüncü dəfə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası