Quliyev Rusiya Premyer Liqasında turun ən yaxşısı oldu
“Rostov” klubunun yarımmüdafiəçisi Ayaz Quliyev Rusiya Premyer Liqasında XII turun ən yaxşı futbolçusu seçilib.
Sportfm.az xəbər verir ki, bu, “InStat Index”in təqdim etdiyi reytinqə əsasən məlum olub. Azərbaycan əsilli oyunçu 361 balla birinci yerə layiq görülüb. 22 yaşlı futbolçu ilə yanaşı, “üçlük”də Moskva “Lokomotiv”inin hücumçusu Antonio Eder (357 bal) və “Dinamo”nun müdafiəçisi Sebastyan Holmen (341 bal) yer alıb.
Cari mövsümün ümumi reytinqində MOİK-in yarımmüdafiəçisi Nikola Vlaşiç (311 bal) başçılıq edir. "Lokomotiv"in yarımmüdafiəçisi Manuel Fernandeş (297) ikinci, “Zenit”in orta xətt oyunçusu Leandro Paredes isə (295) üçüncü sıradadır.
Qeyd edək ki, XII turda evdə “Anji”ni 1:0 hesabı ilə məğlub edən “Rostov” 21 xalla 4-cü yerdə qərarlaşıb. Ayaz Quliyev bu görüşdə sonadək meydanda olub və sarı vərəqə alıb.
Oxşar xəbərlər
Ayaz Quliyev "Rostov"dan ayrıldı: "Spartak"a transfer oldu
Azərbaycanlı futbolçu Premyer Liqanın rəmzi heyətində - FOTO
Azərbaycanlı futbolçu Rusiyada ayın ən yaxşısı seçildi - FOTO
Ayaz oynadı, komandası xal qazandı
Azərbaycanlı futbolçu Premyer Liqa klubundan ayrıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası