Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Formula 1" yarışına ilk dəfə ev sahibliyi edəcək
"Formula 1" üzrə dünya çempionatı ilk dəfə Vyetnamda keçiriləcək.
Sportfm.az xəbər verir ki, paytaxt Hanoy 2020-ci il mövsümündə dünyanın ən populyar avtomobil idman yarışını təşkil edəcək.
Hazırkı çempionat 21 mərhələdən ibarətdir. 2018-ci il mövsümünə noyabrın 11-də keçiriləcək Braziliya və ayın 25-də baş tutacaq Abu-Dabi Qran-priləri ilə yekun vurulacaq. Almaniyanın "Mercedes" komandasının britaniyalı pilotu Lüis Hemilton artıq karyerasında 5-ci dəfə dünya çempionluğunu təmin edib.
Qeyd edək ki, 2019-cu il mövsümündə Azərbaycan Qran-prisi 26 - 28 apreldə keçiriləcək. Biletlər oktyabrın 16-dan satışa çıxarılıb.
Oxşar xəbərlər
Sınaq testləri Barselonada təşkil olunacaq - Formula 1
Mövsümün sonuncu yarışı - Formula 1
"Formula 1" üzrə mövsümün ilk Qran-prisinin qalibi müəyyənləşdi
Vyetnam ilk dəfə "Formula 1"-ə ev sahibliyi edəcək
Hemilton yenə qalibdir - Bu dəfə Macarıstan Qran-Prisi fəth edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası