reklam
Sportfm.az xəbər saytı

"Formula 1" üzrə mövsümün ilk Qran-prisinin qalibi müəyyənləşdi


Melburn şəhərindəki "Albert Park" avtodromunda "Formula 1" üzrə Avstraliya Qran-prisi keçirilib.

Sportfm.az xəbər verir ki, dünya çempionatının ilk mərhələsində qalib adını "Mercedes" pilotu Valtteri Bottas əldə edib.

Finlandiyalı idmançı yürüşün sonunadək dominantlığı əldən verməyib.

Onun britaniyalı komanda yoldaşı, son dünya çempionu Lüis Hemilton ikinci, "Red Bull"un hollandiyalı pilotu Maks Ferstappen üçüncü yeri tutub.

Qeyd edək ki, ümumilikdə 20 pilotdan Romen Qrojan ("Haas"), Daniel Rikkardo ("Renault") və Karlos Sayns ("Maklaren") finişə çata bilməyib. Növbəti Qran-pri 29 - 31 martda Bəhreyndə olacaq. Üçüncü mərhələ 12 - 14 apreldə Çində təşkil ediləcək. Daha sonra 26 - 28 apreldə Bakıda Azərbaycan Qran-prisi keçiriləcək. Dünya çempionatı ümumilikdə 21 mərhələdən ibarətdir.

Oxşar xəbərlər

Maks Ferstappen Azərbaycan Qran-prisinin qalibidir
Abu Dabi Qran-prisinin qalibi məlum oldu - Formula 1
Rusiya Qran-prisinin qalibi məlum oldu
Yaponiya Qran Prisinin qalibi müəyyənləşdi
Fettel yenə öndədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər