Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ramil Şeydayev meydana çıxdı, komandası qələbə qolunu vurdu
Futbol üzrə Rusiya Premyer Liqasında 13-cü turun görüşləri keçirilib.
Sportfm.az xəbər verir ki, bu turda iki azərbaycanlı futbolçunun çıxış etdiyi klub - "Ufa" və "Krılya Sovetov" üz-üzə gəlib. Azər Əliyevin şərəfini qoruduğu "Ufa" evdə Samara təmsilçisini qəbul edib. "Neftyanik" stadionunda baş tutan qarşılaşmada ev sahibləri 1-2 hesabı ilə məğlub olub. Azər Əliyev görüşün 56-cı dəqiqəsində Jemal Tabidzenin əvəzinə meydana çıxıb. 1-1 hesabı ilə davam edən matçda "Krılya Sovetov"un ehtiyat oyunçular skamyasında əyləşən Ramil Şeydayevi 70-ci dəqiqədə döyüşə atan Samara komandası əlavə vaxtda 1 qol vuraraq meydandan 3 xalla ayrılan tərəf olub.
Oxşar xəbərlər
Ramil Şeydayev yenə qol vurdu, komandası 3 xal qazandı - VİDEO
Ramil Şeydayevin Rusiya Premyer Liqasında 2-ci qolu - VİDEO
Şeydayevin komandası Rusiya Kubokunda çıxışını dayandırdı
Rusiyada azərbaycanlıların derbisi - Azər Əliyevin komandası qalib gəldi
Azərbaycanlı futbolçu Moskva "Spartak"ına qarşı mübarizə aparacaq - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası