reklam
Riodan medalsız qayıdan idmançılar həbs edildi
Sportfm.az xəbər saytı

Riodan medalsız qayıdan idmançılar həbs edildi


Zimbabvedə Rio-2016 Olimpiadasından iştirak edən milli komandanın bütün üzvləri həbs edilib. Qol.az-ın "News of Africa”ya istinadən yaydığı xəbərə görə,  Zimbabvenin prezidenti Robert Mugabe Rio Olimpiadasında iştirak edən idmançıların aeroportda həbs edilməsini əmr edib. Buna səbəb Zimbabve milli komandasının Riodan medalsız qayıtmasıdır. Heyətində 31 idmançı olan komandanın ən yaxşı nəticəsi 8-ci yer olub. Bu nəticədən qəzəblənən prezident Mugabe komandanın bütün üzvlərini həbslə cazəlandırıb.

"Əgər qonşu Botsvan idmançıları kimi 4-cü, 5-ci yeri belə tuta bilmirsinizsə, pulumuzu boş yerə xərcləmisiniz. İdmançılara sərf edilən pula məktəb tikmək, yaxud əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq mümkün idi. O idmançılar xərclənmiş pulu geri qaytaracaqlar” -  deyə ölkə prezidenti qeyd edib.

Oxşar xəbərlər

Sumqayıtdakı məşqçi 19 il müddətinə həbs edildi - Olay
Həbs edilən idmançıların şikayəti ilə bağlı qərar verildi
Azərbaycanın tanınmış idmançıları həbs edildi
Azərbaycanlı idmançı həbs edildi - ağır qərar
Azərbaycanda bu federasiyanın vitse-prezidenti həbs edildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər