reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" Ukraynaya yollanır


"Qəbələ” klubunun futbol üzrə Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründəki hazırlıq planı dəqiqləşib. Sportfm.az klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçular avqustun 31-də bir araya gələrək təlim-məşq toplanışı üçün Ukraynaya yollanacaq. Komanda üzvləri sentyabrın 7-dək Odessada hazırlıq keçəcək. Roman Qriqorçukun yetirmələri toplanış müddətində "Çernoye More” otelində məskunlaşacaq. Hazırlıq prosesi çərçivəsində bir yoxlama oyununun keçirilməsi planlaşdırılıb. Sentyabrın 4-də baş tutacaq qarşılaşmadakı rəqibin adı hələ dəqiqləşməyib. "Qəbələ” təlim-məşq toplanışını tam heyətlə keçirməyəcək. Milli komandaların düşərgəsində olan futbolçular - Sergey Zenyov Estoniya, Nika Kvekveskiri Gürcüstan, Teo Uiks Liberiya yığmasının düşərgəsində olduğu üçün hazırlıqlarda iştirak edə bilməyəcək. Azərbaycan millisinin heyətində olan Məhəmməd Mirzəbəyov, həmçinin U-21 yığmasının toplanışına qatılan Elvin Camalovla Sadiq Quliyev də Ukrayna səfərində iştirak etməyəcək.

Qeyd edək ki, "qırmızı-qaralar” yığmaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk qarşılaşmasını sentyabrın 10-da keçirəcək. "Qəbələ” Premyer Liqanın IV turunda səfərdə "Neftçi” ilə görüşəcək.

Oxşar xəbərlər

"Qəbələ" Türkiyədə 3 oyun keçirəcək - Hazırlıq planı
"Qəbələ"nin üç rəqibi müəyyənləşdi
"Qəbələ"də 10 qol
"Qəbələ" hazırlıqlara start verdi
"Qəbələ"nin rəqibi bəlli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər