Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rəhbərlik Mourinyonun qarşısına şərt qoydu
"Mançester Yunayted" rəhbərliyi komandanın baş məşqçisi Joze Mourinyonun qarşısına şərt qoyub.
Sportfm.az xəbər verir ki, "qırmızı şeytanlar" mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, portuqaliyalı mütəxəssislə yollar ayrılacaq.
Rəhbərlik artıq onun yerinə gətirəcəyi məşqçini də müəyyənləşdirib. Mourinyo istefaya göndəriləcəyi təqdirdə komanda "Tottenhem"in baş məşqçisi Maurisio Poçettinoya tapşırılacaq.
Qeyd edək ki, Mourinyonun "Mançester Yunayted"lə 2020-ci ilin yayına qədər müqaviləsi var. Əgər təcrübəli mütəxəssis vaxtından əvvəl istefaya göndərilsə, ona 15 milyon funt-sterlinq təzminat ödəniləcək.
Oxşar xəbərlər
Joze Mourinyo debüt matçında 3 xal qazandı
Bədxərc Mourinyo
Mourinyoya ödənilən təzminatın məbləği məlum oldu
Mourinyo istefaya göndərilir - Kim əvəzləyəcək?
Joze Mourinyo cəzalandırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası