Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Joze Mourinyo debüt matçında 3 xal qazandı
Joze Mourinyonun yeni klubu "Tottenhem"də debütü uğurlu alınıb.
Sportfm.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin rəhbərliyi altında komanda İngiltərə Premyer Liqasının 13-cü turunda "Vest Hem"in qonağı olub və 3:2 hesabı ilə qalib gəlib.
"Vest Hem" - "Tottenhem" - 2:3
Qollar: Hon-Min, 36 (0:1), Moura, 43 (0:2), Keyn, 49 (0:3), Antonio, 73 (1:3), Oqbonna, 90 (2:3)
Bu qələbə ilə xalını 17-ə yüksəldən London təmsilçisi turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.12 oyundan 34 xalı olan "Liverpul" 1-ci, "Lester" 26 xalla 2-ci, "Çelsi" 26 xalla 3-cüdür.
Qeyd edək ki, Joze Mourinyo "Tottenhem"in baş məşqçi vəzifəsində bu ay istefaya göndərilən Maurisio Poçettinonun əvəzləyib.
Oxşar xəbərlər
"Müqavilələr ən önəmli şey deyil" - Joze Mourinyo
Mourinyo "Roma"da - RƏSMİ
"Tottenhem" Joze Mourinyonu qovdu -
London derbisini "Çelsi" qazandı - VİDEO
Premyer Liqanın ən reytinqli məşqçiləri - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası