reklam
Mirhüseyn Seyidovla Nizami Hacıyevin cinayət işinə xitam verildi:
Sportfm.az xəbər saytı

Mirhüseyn Seyidovla Nizami Hacıyevin cinayət işinə xitam verildi:AFFA hansı qərar verəcək?


Danışılmış oyunlarda iştirak etdiyi iddiası AFFA tərəfindən futboldan uzaqlaşdırılan Nizami Hacıyev, Mirhüseyn Seyidov və Ağakişi Mehdizadə futbola qayıda bilər.   

Sportfm.az xəbər verir ki, yayılan məlumatlara görə, futbolçuların və Ağakişi Mehdizadənin günahı sütuta yetirilməyib.  Bakı Şəhər Prokurorluğunda günahlandırılan şəxslərin işinə baxılsa da, geridə qalan bir ildə konkret hansı günahın sahibi olduqlarını müəyyən etmək mümkün olmayıb. Belədə həm onların, həm də Ağakişi Mehdizadənin cinayət işinə xitam verilib.  Bununla bağlı günahlandırılan şəxslərin özünə də bildiriş məktubu ünvanlanıb.  

İndi futbolçular və Ağakişi Mehdizadə ilə bağlı AFFA qərar verməli və günahı sübuta yetirilməyən şəxsləri bağışlamalıdır. Lakin əldə etdiyimiz məlumata görə, AFFA həmin şəxslərlə bağlı qərarını dəyişmək niyyətində deyil. 

Qeyd edək ki, Nizami Hacıyev, Mirhüseyn Seyidov və Ağakişi Mehdizadə ötən ilin dekabr ayında futboldan ömürlük uzaqlaşdırılıblar. (Futbol11.az)

 

Oxşar xəbərlər

AFFA Mirhüseyn Seyidovu bağışlayıb?
AFFA-nın futboldan "sildiyi" Nizami Hacıyevdən xəbər var - Rusiyaya köçür
AFFA-nın cəzasından apellyasiya şikayəti verildi
"Keşlə" rəsmisi ömürlük futboldan uzaqlaşdırıldı - ŞOK
Həbs edilmiş oyunçular "Qarabağ"a oyun satıb? - RƏSMİ AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər