Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Keşlə" rəsmisi ömürlük futboldan uzaqlaşdırıldı -ŞOK
Sportfm.az saytı xəbər verir ki, İntizam Komitəsi növbəti sensasion qərarını açıqlayıb. Qərarda deyilir: “İnter” Peşəkar İdman Klubunun (hazırkı “Keşlə” klubu) və “Neftçi” Peşəkar Futbol Klubunun sabiq əməkdaşı (məşqçi-metodist) Ağakişi Mehdizadə barədə “Neftçi” PFK-nın AFFA-ya rəsmi müraciətinə, UEFA-dan daxil olmuş məlumatlara, AFFA-nın apardığı müvafiq araşdırmanın nəticəsinə və Ağakişi Mehdizadənin AFFA-ya təqdim etdiyi izahata əsasən, oyunların idman nəticəsinin manipulyasiyasında fərdi iştirakına görə Ağakişi Mehdizadəyə futbola aid hər bir məşğuliyyət ömürlük qadağan olunsun. Oyunların idman nəticəsinin manipulyasiyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər şəxslər barədə araşdırma davam etdirilsin.
Sanksiyaya məruz qalan tərəf bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilər.
Qeyd edək ki, "Bobo" ləqəbli Ağakişi Mehdizadə vaxtı ilə "İnter"də və Gürcüstan millisində Kaxaber Tsxadadzenin oyunların analizi üzrə köməkçisi olub.
Oxşar xəbərlər
İntizam Komitəsinin qərarı - Abbasov ömürlük futboldan uzaqlaşdırıldı
Danışılmış oyunlara görə 10 nəfər futboldan uzaqlaşdırıldı
Mirhüseyn Seyidovla Nizami Hacıyevin cinayət işinə xitam verildi: AFFA hansı qərar verəcək?
AFFA-nın cəzasından apellyasiya şikayəti verildi
Nizami Hacıyevlə, Mirhüseyn Seyidov futboldan ömürlük uzaqlaşdırıldı - AFFA açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası