Azərbaycanlı gənc Tehranda medal qazandı -FOTO
Sablya üzrə milli komandamızın üzvü Cavanşir Ağakişiyev İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən gənclər arasında Dünya Kubokunda bürünc medal qazanıb.
Sportfm.az xəbər verir ki, qrupda keçirdiyi 6 görüşdən 4-nü qalib başa vuran sablyaçı 1/16 finalda Qazaxıstan təmsilçisi Bakdaulet Kuralbekulini 15:11 hesabı ilə məğlub edib. 1/8 finalda türkiyəli Umut Kaya üzərində 15:9 hesablı qələbə qazanan sablyaçımız, 1/4 finalda Honkonq idmançısı ilə görüşdən qalib ayrılıb. Ağakişiyev rəqibini 15:14 hesabı ilə üstəliyib. Yarımfinala yüksəlməklə Dünya Kubokunun bürünc medalını təmin edən qılıncoynadanımız belaruslu Maksim Pinçukla gərgin keçən görüşdə rəqibinə 13:15 hesabı ilə uduzub. Beləliklə, sablyaçımız Tehranda keçirilən gənc sablyaçıların Dünya Kubokunda bürünc medala sahib çıxıb.
Oxşar xəbərlər
Qılıncoynadanımız Afinada qızıl medal qazandı
İdmançımızdan tarixi uğur - Bürünc medal
Qılıncoynadanamız Avropa çempionu oldu - FOTO
İdmançımız Dünya Kubokunda bürünc medal qazandı - FOTO
İdmançımız beynəlxalq turnirdə bürünc medal qazandı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
4 tur qalmış 35-ci dəfə çempion oldular - Uğur
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
Azərbaycan kubokunda hakim təyinatları
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
60 fərqli stadionda qalib gələn ilk klub















Misli Premyer Liqası