reklam
Qılıncoynadanamız Avropa çempionu oldu -
Sportfm.az xəbər saytı

Qılıncoynadanamız Avropa çempionu oldu -FOTO


Sablya üzrə milli komandamızın üzvü Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək qılıncoynadanların Avropa çempionatında qızıl medal qazanıb.

Sportfm.az xəbər verir ki, qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-ni qalib başa vuran Anna 1/16 finalda Polşa idmançısı Zuzanna Şesleri 15:6 hesabı ilə məğlub edib.

1/8 finalda ispan Elena Hernandez Munoza 15:8 hesabı ilə qalib gələn sablyaçımız 1/4 finalda Macarıstan təmsilçisi Kern Biankanı 15:3 hesabı ilə məğlub edib. Anna Başta yarımfinalda belaruslu Kaspiaroviç üzərində 15:10 hesablı qələbə qazanıb.

Qılıncoynadanımız finalda İtaliya idmançısı Lusia Lukarinini məğlub etməklə 23 yaşadək qadın sablyaçılar arasında Avropa çempionu olub.

Oxşar xəbərlər

İdmançımız Avropa çempionu oldu - UĞUR
Anna Başta ən başda - Qızıl medal
Qılıncoynadanımız Afinada qızıl medal qazandı
Millimiz Dünya Kubokunda 2-ci oldu - Bolqarıstanda
Azərbaycanlı gənc Tehranda medal qazandı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər