reklam
Sportfm.az xəbər saytı

"Səbail"in planı məlum oldu


“Səbail” futbol komandasının qış hazırlıq planı müəyyənləşib.

Sportfm.az xəbər verir ki, bu barədə “Report”a paytaxt təmsilçisinin mətbuat katibi Törə Əhmədova məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Premyer Liqasında çıxış edən “dənizçilər” təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə yollanacaqlar.

Laradakı “Miracle Resort Hotel”də məskunlaşacaq “Səbail”in hazırlıq prosesi gələn il yanvarın 12-dən 25-dək nəzərdə tutulub. Komanda bu müddətdə 4 yoxlama oyunu keçirəcək. Matçların tarixi və rəqiblər hələ dəqiqləşməyib.

Azərbaycan klubları 19-20 dekabrda ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra istirahətə çıxacaqlar. Qış fasiləsi fevralın 2-də Premyer Liqada XV tura start verilməsi ilə başa çatacaq.

Qeyd edək ki, bunadək “Sumqayıt”, “Zirə” və “Sabah”ın Antalyaya yollanacağı dəqiqləşmişdi.

Oxşar xəbərlər

Klublarımız toplanış üçün hara yollanacaq?
"Sabah"ın qış hazırlıq planı müəyyənləşdi
"Keşlə" təlim-məşq toplanışı üçün xaricə gedəcək
“Qəbələ”nin qış hazırlıq planı bəlli oldu
“Zirə”nin qış hazırlıq planı məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər