reklam
Sportfm.az xəbər saytı

"Sabah"ın qış hazırlıq planı müəyyənləşdi


Premyer Liqanın debütantı "Sabah" klubunun qış hazırlıq planı müəyyənləşib.  

Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 2-də Bakıda bir araya gələcək və Türkiyənin Antalya bölgəsinə yollanacaq. Larada məskunlaşacaq komanda qonşu ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Paytaxt təmsilçisi yanvarın 23-də vətənə dönəcək. 

Komandanın yoxlama görüşündəki rəqiblərinin adlarına aydınlıq gəlməyib.   

Azərbaycan klubları 19-20 dekabrda ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra istirahətə çıxacaqlar. Qış fasiləsi fevralın 2-də Premyer Liqada XV tura start verilməsi ilə başa çatacaq.

Oxşar xəbərlər

"Zirə"nin qış hazırlıq planı müəyyənləşdi
Tərlan Əhmədov "Keşlə"ni Türkiyəyə aparır
"Keşlə" təlim-məşq toplanışı üçün xaricə gedəcək
“Qəbələ”nin qış hazırlıq planı bəlli oldu
"Səbail"in planı məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər