Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanın paralimpiya yığması Braziliyaya yola düşüb
Rio-de-Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycanın paralimpiya yığması və nümayəndə heyətinin Braziliyaya yolasalma mərasimi keçirilib. Sportfm.az AZƏRTAC-a istinadən xəbə verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil edilən mərasimdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Komitə rəsmiləri, idman ictimaiyyəti, idmansevərlər və KİV-lərin nümayəndələri iştirak ediblər.
Rio-de-Janeyroya 27 idmançı yola düşüb. İdmanın altı - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə mübarizəyə qoşulacaq paralimpiyaçılarımızın 6-sı qadın atletdir. Lisenziyaların sayı isə 44-dür. Bu rəqəmləri "London-2012” ilə müqayisə etdikdə, 6 idmançı və 8 lisenziya çoxdur. Heyət daha çox gənclərdən ibarətdir.
Paralimpiya Kəndində Azərbaycanın bayrağı sentyabrın 5-də qaldırılacaq. İki gün sonra isə Rionun nəhəng Marakana stadionunda yarışın açılış mərasimi təşkil ediləcək. Mötəbər yarışda üçrəngli bayrağımızı ikiqat Paralimpiya çempionu, "Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq.








Oxşar xəbərlər
İlk paralimpiyaçı medalçımız Vətənə döndü - Tokio-2020
Azərbaycanın paralimpiya yığması Tokioya yola düşdü - FOTO
Yığmamızın bayraqdarı məlum oldu - Paralimpiya Oyunları
XV Yay Paralimpiya oyunlarının açılış mərasimi keçirilib
Rio-2016: Azərbaycan idmançıları Braziliyaya yollanır - FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız Avstriyaya qalib gəldi - Dünya çempionatı
-
"Qarabağ" "İmişli"yə, "Turan Tovuz" "Şəfa"ya qarşı - Premyer Liqa
-
"Şəfa" - "Turan Tovuz" - START HEYƏTLƏR
-
"Bu barədə onun özündən soruşsanız, daha yaxşı olar" - Kurban Berdıyev
-
Cəmilə Muradlı Avropa çempionu oldu - UĞUR
-
“Sumqayıt” 4–1 “Qəbələ” - VİDEO















Misli Premyer Liqası