reklam
“Sumqayıt” yubiley qələbəsini qazandı
Sportfm.az xəbər saytı

“Sumqayıt” yubiley qələbəsini qazandı


Azərbaycan Premyer Liqasının XIII turu “Sumqayıt” üçün yubiley qələbəsi ilə əlamətdar olub.

Sportfm.az xəbər verir ki, cari turda "Səbail"i 1:0 hesabı ilə üstələyən və yeni baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi altında ilk dəfə 3 xala sevinən "gənclik şəhəri" təmsilçisi Premyer Liqada 237-ci matçında 60-cı qələbəsini qazanıb.

Bu müddətdə "Sumqayıt" 63 heç-heçə edib və 114 dəfə məğlub olub. Qələbələrdən isə 41-i ev, 19-u səfər oyunlarında qeydə alınıb.

Qeyd edək ki, “Sumqayıt” Azərbaycan çempionatları tarixində ən çox qələbə qazanan komandalar siyahısında 19-cudur.

Oxşar xəbərlər

"Sumqayıt"dan yubiley qələbəsi - Misli Premyer Liqası
30-cu səfər qələbəsi - Azərbaycan Premyer Liqası
"Sumqayıt"da yubiley qələbəsi - 100-ə çatdı
20-ci səfər qələbəsi
“Sumqayıt”dan 70-ci qələbə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər