reklam
30-cu səfər qələbəsi -
Sportfm.az xəbər saytı

30-cu səfər qələbəsi -Azərbaycan Premyer Liqası


“Sumqayıt” Azərbaycan Premyer Liqasında 30-cu səfər qələbəsini qazanıb.

Sportfm.az xəbər verir ki, yubiley uğuru sayca 30-cu Azərbaycan çempionatının ilk turuna təsadüf edib. “Keşlə”ni iki cavabsız qolla məğlub edən “Gənclik şəhəri” təmsilçisi rəqib meydanında keçirdiyi 151-ci matçda 30-cu dəfə üç xal qazanıb. Komandanın hesabında 41 heç-heçə və 80 məğlubiyyət də var.

“Sumqayıt” ölkə çempionatları tarixində səfərdə 30 və daha çox qələbə qazanan 15-ci komanda olub.

2011/12 mövsümündən Premyer Liqada çıxış edən Sumqayıtın eyniadlı təmsilçisi rəqib meydanlarında ilk qələbəsini 2011-ci il noyabrın 5-də “Qarabağ” üzərində qazanıb.
Bu qələbə ilə “Sumqayıt” şəhərin Premyer Liqada ən çox xal toplayan komandası ünvanını qazanıb. Klub qələbəyə görə üç xal prinsipi ilə indiyədək ümumilikdə 323 xal yığıb. Şəhərin digər təmsilçilərindən “Xəzər” 321, “Standard” 98, “Gənclərbirliyi” 87 xal toplayıb.

Oxşar xəbərlər

"Sumqayıt"da yubiley qələbəsi - 100-ə çatdı
“Sumqayıt”dan 75-ci qələbə
"Qəbələ" 8 illik rekordu təkrarladı - Premyer Liqa
25-ci səfər qələbəsi
“Sumqayıt”dan rekord qələbə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər