reklam
“Sumqayıt”dan rekord qələbə
Sportfm.az xəbər saytı

“Sumqayıt”dan rekord qələbə


“Sumqayıt” Azərbaycan kubokunda özünün ən böyükhesablı qələbəsini qazanıb.

“Gənclik şəhəri” təmsilçisi 1/8 finalın “Qaradağ Lökbatan”la səfər matçında 4:0 hesabı ilə qalib gəlib. Bunadək Sumqayıtın eyniadlı təmsilçisinin kubokdakı yeganə böyükhesablı qələbəsi “Sabah”la ev görüşündə yaşanmışdı – 3:0.

Ümumilikdə isə Ayxan Abbasovun yetirmələri klub tarixinin rekordunu təkrarlayıb. 2010-cu ildə yaradılan komanda indiyədək 2 dəfə 4 top fərqilə qalib gəlmişdi. 2011-ci il aprelin 16-da I divizionun “Göyəzən”lə səfər matçında, 2013-cü il martın 11-də Premyer Liqanın “Turan”la ev oyununda da rəqibini 4 cavabsız qolla məğlub edən sumqayıtlılar dünən klub tarixinin ən böyükhesablı qələbəsini təkrarlayıb.

Oxşar xəbərlər

30-cu səfər qələbəsi - Azərbaycan Premyer Liqası
"Sumqayıt"da yubiley qələbəsi - 100-ə çatdı
8 ildən sonra - Premyer Liqa
"Zirə"dən 10-cu qələbə, 25-ci qol
Premyer Liqada 31-ci, evdə 20-ci

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər