Reynaldo yenidən “Qarabağ”da?
"Qarabağ" qış transfer çalışmalarına başlayıb.
Sportfm.az xəbər verir ki, Ağdam klubu sabiq futbolçusu Reynaldo Silvanı heyətinə cəlb edir.
Braziliyalı hücumçu artıq Bakıya dəvət olunub. Burada onunla müqavilənin şərtləri razılaşdırılacaq və sözləşmə imzalanacaq. Baş məşqçi Qurban Qurbanov da futbolçunun keçidinə razılıq verib.
Əldə etdiyimiz digər məlumata görə, son beş mövsümün çempionu Reynaldo ilə hücumçu transferini yekunlaşdırmaq niyyətində deyil. "Qarabağ" bir mərkəz hücumçusu ilə də güclənmək istəyir. Hazırda xarici ölkələrin birində çıxış edən əcnəbi hücumçunun klubu ilə danışıqlar gedir.
Qeyd edək ki, "Qarabağ" tarixinin ən yaxşı əcnəbi bombardiri olan Reynaldo 2013-2016-cı illərdə Ağdam klubunda keçirdiyi 89 oyunda 47 qol vurub. Fevraldan "Aktobe"də oynayan Reynaldonun Qazaxıstan təmsilçisi ilə müqaviləsinin müddəti bugünlərdə başa çatıb və o, hazırda azad agentdir.(qol.az)
Oxşar xəbərlər
Reynaldo karyerasını bitirdi - 31 yaşında
"Səbirsizliklə "Qarabağ" formasıyla yenidən meydana çıxmağımı gözləyirəm" - Reynaldo Silva
Reynaldo rəsmən "Qarabağ"da - FOTO
Reynaldo ermənistanlı futbolçu ilə bir klubda oynayacaq
"Qarabağ"ın futbolçusu Qazaxıstan klubunda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
Ronaldo tək özünə görə yox, oğluna görə də narazıdı
-
Millimizin heyətində dəyişiklik edildi
-
"Əzmkar komandaya qarşı oynayacağıq" - Ayxan Abbasov
-
"Mingəçevir Reqatası-2026" beynəlxalq turniri başa çatdı
-
Azərbaycan millisinin Avropa çempionatındakı məlum oldu















Misli Premyer Liqası