"Səbirsizliklə "Qarabağ" formasıyla yenidən meydana çıxmağımı gözləyirəm" -Reynaldo Silva
"Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm".
Sportfm.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Reynaldo Silva deyib. Yenidən Ağdam klubuna qayıdan 29 yaşlı hücumçu ilk oyuna çıxmağı səbirsizliklə gözlədiyini deyib:
"Səbirsizliklə "Qarabağ" formasıyla yenidən meydana çıxmağımı gözləyirəm. Bunun üçün də yaxşı formada olmağım üçün əlimdən gələni edəcəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, "Qarabağ" camiəsi mənim üçün çox doğmadır. Bura komandaya fayda verməyə və "Qarabağ"la yeni uğurlar qazanmağa gəlmişəm".
Qeyd edək ki, “Qarabağ” tarixinin ən yaxşı əcnəbi bombardiri olan Reynaldo 2013-2016-cı illərdə Ağdam klubunda keçirdiyi 89 oyunda 47 qol vurub. Braziliyalı futbolçunun son klubu Qazaxıstan "Aktobe"si olub.
Oxşar xəbərlər
Reynaldo Gürcüstana gedəsi oldu
"Oyunları səbirsizliklə gözləyirəm" - Yeni transfer
Reynaldonun 882 gün gözlədiyi qol
Reynaldo rəsmən "Qarabağ"da - FOTO
Reynaldo yenidən “Qarabağ”da?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
Ronaldo tək özünə görə yox, oğluna görə də narazıdı
-
Millimizin heyətində dəyişiklik edildi
-
"Əzmkar komandaya qarşı oynayacağıq" - Ayxan Abbasov
-
"Mingəçevir Reqatası-2026" beynəlxalq turniri başa çatdı
-
Azərbaycan millisinin Avropa çempionatındakı məlum oldu















Misli Premyer Liqası