reklam
Kimlər gedəcək? -
Sportfm.az xəbər saytı

Kimlər gedəcək? -Çempionlar Liqasında qrup mərhələsinin son oyunları


Çempionlar Liqasında qrup mərhələsində son tura start veriləcək.

Sportfm.az xəbər verir ki, bu gün və sabah qruplarda son oyunlar keçiriləcək.

İlk olaraq sabah A, B, C və D qruplarındakı komandalar meydana çıxacaq. A və D qrupunda 1/8 finalçılar artıq məlumdu.

B qrupunda "Barselona" birinciliyi təmin edibsə, ikinci xoşbəxt komanda "Tottenhem" və ya "İnter" olacaq. İtaliya təmsilçisi öz meydanında "PSV"yə qalib gəlib, londonluların "Nou Kamp"da büdrəməsinə ümid edəcək.

Sabah bütün diqqətlər C qrupuna yönələcək."PSJ" Serbiyada "Srvena Zvezda"ya qalib gələrsə, digər oyunun nəticəsindən asılı olmayaraq, mübarizəni davam etdirəcək. "Liverpul" - "Napoli" qarşılaşmasının nəticəsi isə böyük ehtimalla komandalardan birini 1/8 finala daşıyacaq. Yalnız "PSJ"nin məğlubiyyəti və "Liverpul"un qələbəsi ingilislərlə italyanların üzünü güldürəcək.

Dekabrın 12-də isə digər qruplarda oyunlar keçiriləcək. E, G və H qruplarında son tur formal xarakter daşıyır. F qrupunda isə "Mançester Siti"yə ya "Lion", ya da "Şaxtyor" yoldaş olacaq.

Ümumilikdə 1/8 finala vəsiqə verən 4 yerin sahibi son turda müəyyənləşəcək ki, buna da 7 komandanın iddiası qalıb.

Çempionlar Liqası

Qrup mərhələsi, VI (sonuncu) tur

11 dekabr

A qrupu

00:00. Brügge (Belçika) - Atletico (İspaniya)

00:00. Monaco (Fransa) - Borussiya (Dortmund, Almaniya)

B qrupu

00:00. Barselona (İspaniya) - Tottenham (İngiltərə)

00:00. İnter (İtaliya) - PSV (Hollandiya)

C qrupu

00:00. Liverpool (İngiltərə) - Napoli (İtaliya)

00:00. Crvena Zvezda (Serbiya) - PSG (Fransa)

D qrupu

21:55. Qalatasaray (Türkiyə) - Porto (Portuqaliya)

21:55. Schalke (Almaniya) - Lokomotiv (Rusiya)

Oxşar xəbərlər

UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək - SİYAHI
Çempionlar Liqası: "Qalatasaray" qrupda qaldı
Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək
Çempionlar Liqasında qrup mərhələsinin təqvimi açıqlandı
Çempionlar Liqasının püşkü atıldı - Qruplar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər