reklam
Badmintonçularımız beynəlxalq turnirində uğurla çıxış etdi -
Sportfm.az xəbər saytı

Badmintonçularımız beynəlxalq turnirində uğurla çıxış etdi -FOTO


Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən “South Africa International 2018” turnirində uğurla çıxış ediblər.

Sportfm.az xəbər verir ki, təmsilçilərimiz kişilərin şəxsi yarışında mübarizəyə 1/16 final mərhələsindən start veriblər. Edi bu mərhələdə yerli idmançı Daniel Steyn üzərində qələbə qazanıb. Dviçayo növbəti mərhələdə Botsvana badmintonçusu Keone Olatosteni məğlub edib. 1/4 finalda misirli Adham Elqamalı üstələyən Edi yarımfinalda Zambiya idmançısı Kalombo Mulenqaya da set vermədən qalib gəlib. Dviçayo finalda digər təmsilçimiz Ezmi Qovimuramadhoni ilə qarşılaşıb. Finala gedən yolda CAR badmintonçusu Andries Malana, Robert Manna (Lüksemburq) və Bahaeddin Əlşannikə (İordaniya) qalib gələn Ezmi Qovimuramadhoni həlledici görüşdə Edi Reski Dviçayonu məğlub edib. Ezmi Qovimuramadhoni kişilərin şəxsi yarışında “South Africa International 2018" turnirində qızıl, Edi Reski Dviçayo isə gümüş medala sahib olub.

Edi-Ezmi tandemi kişi badmintonçuların qoşa yarışında da hamıdan güclü olmağı bacarıb. Kişilərin qoşa yarışında finalda CAR badmintonçuları Jarred Elliot - Şon Nun cütünə qalib gələn Edi-Ezmi bu kateqoriya üzrə yarışın qalibi adını qazanıblar.

Oxşar xəbərlər

Maltada 3 medal - “Malta International 2022”
Badmintonçularımız beynəlxalq turnirin qalibi oldu - FOTO
Çexiyada badmintoçularımız nə etdi?
Badmintonçularımız “Belarus International-2018” turnirində uğurla çıxış etdi
Badmintonçularımız beynəlxalq turnirdə iştirak etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər