Badmintonçularımız beynəlxalq turnirin qalibi oldu -FOTO
Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Botsvananın paytaxtı Qaboronedə keçirilən “Botswana International-2018” turnirində 3 medal qazanıblar.
Sportfm.az xəbər verir ki, ilk dəfə beynəlxalq turnirin finalında Azərbaycan təmsilçiləri üz-üzə gəliblər. Kişilərin şəxsi yarışında mübarizəyə 1/16 finaldan start verən Edi və Ezmi yarımfinala gedən yolda bütün rəqiblərinə set vermədən - 2:0 hesabı ilə qalib gəliblər.
Həlledici görüşdə Ezmini 2:0 hesabı ilə məğlub edən Edi Reski Dviçayo kişilərin şəxsi yarışında turnirin qalibi adını qazanıb. Finalda həmkarına məğlub olan Ezmi Qovimuramadhoni isə gümüş medala layiq görülüb.
Edi-Ezmi tandemi kişilərin qoşa yarışında da turniri medalla başa vurublar. Bu kateqoriyada yarışa 1/8 finaldan start verən təmsilçilərimiz asanlıqla yarımfinala yüksəliblər. Bu mərhələdə zambiyalı Mark Banda-Nakanda Çezva üzərində 2:0 hesabı ilə qalib gələn təmsilçilərimiz həlledici görüşdə Donald Mabo – Mulenqa Kalombonu eyni hesabla məğlub ediblər.
Beləliklə, Azərbaycan badmintonçuları həm şəxsi, həm də qoşa yarışda turnirin qalibi adını qazanıblar.
Oxşar xəbərlər
Maltada 3 medal - “Malta International 2022”
Badmintonçularımız beynəlxalq turnirində uğurla çıxış etdi - FOTO
Badmintonçularımız “Belarus International-2018” turnirində uğurla çıxış etdi
Badmintonçumuz beynəlxalq turnirin yarımfinalına yüksəldi
Badmintonçularımız beynəlxalq turnirdə iştirak etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası