Hakimi söyən məşqçiyə 5, futbolçuya 4 oyunluq cəza verildi
AFFA-nın İntizam Komitəsi qurumun bayrağı altında keçirilən müxtəlif yarışlarda təhqirə yol verənlərlə bağlı qərarlarını açıqlayıb.
Sportfm.az xəbər verir ki, Region Liqasının “Ağsu Siti” – “İmişli” oyununda qonaqların futbolçusu Allahverdi Fərzəliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
U-17 Liqasının “Səbail” – “Xəzər Lənkəran” matçında isə qonaqların futbolçusu Məhəmməd Ağazadə “fərqlənib”. O, hakimi təhqir etdiyinə görə 4 oyun cəza alıb.
U-15 Liqasının “Qarabağ” – “Zirə” görüşündə isə qonaqların oyunçusu Mahmud Ağayev rəqibi təhqir edib. Onun cəzası 2 matçdan ibarət olub.
Futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Hicran” – “Obolon” matçında isə baş məşqçi diqqət mərkəzinə düşüb. Nominal meydan sahibinin çalışdırıcısı Elşən Ağaverdiyevin hakimi təhqir etməsi ona ağır başa gəlib. Məşqçi 5 oyun cəzalanıb.
Oxşar xəbərlər
3 komandaya texniki məğlubiyyət verildi - Qərar
Baş məşqçiyə 21 oyunluq cəza - Hakimi təhqir etdiyi üçün
Region Liqasında hakimi döyən futbolçuya 10 oyunluq cəza
AFFA Kərimovu cəzalandırdı - hakimləri təhqir etdiyi üçün
Mirkamil Həşimi 4 oyunluq cəza aldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası