AFFA Kərimovu cəzalandırdı - hakimləri təhqir etdiyi üçün
AFFA İntizam Komitəsi U-15 liqasının XIV turunda keçirilmiş "Xilə" - "Keşlə" matçında baş verənlərlə bağlı qərar çıxarıb.
Sportfm.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Xilə”nin məşqçisi Əsəd Kərimov hakimlər briqadasının otağına daxil olaraq hakimləri təhqir edib və onlara qarşı fiziki təzyiq göstərib.
Bunun üçün Kərimova bir illik cəza verilib.
Region Liqasında isə “Füzuli”nin inzibatçısı Ramil Məmmədov "Araz"la matçda hakimi təhqir etdiyi üçün 5 oyun cəzalanıb.
Futzal üzrə Azərbaycan İkinci Liqasında “Xəzər Astara”nın oyunçusu Əfsər Hümbətov “Star Karqo” ilə qarşılaşmada öz komanda yoldaşını təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb və ona 3 oyunluq cəza verilib.
Oxşar xəbərlər
AFFA hakimi təhqir edən oyunçunu 10 oyunluq cəzalandırdı
Qız futbolçunu təhqir edən azərbaycanlı məşqçi cəzalandı
Region Liqasında hakimi döyən futbolçuya 10 oyunluq cəza
Hakimi söyən məşqçiyə 5, futbolçuya 4 oyunluq cəza verildi
AFFA məşqçiyə birillik cəza verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası