"Keşlə" afrikalı futbolçu ilə yollarını ayırdı -ÖZƏL
Mövsümün ilk yarısında 12 xal toplayan və ölkə kubokunun 1/4 final mərhələsində mübarizəni dayandıran "Keşlə" qış fasiləsində heyətinə əl gəzdirəcək.
Sportfm.az saytı xəbər verir ki, artıq paytaxt klubu bir futbolçu ilə yollarını ayırıb. Bu qambiyalı Ebrima Sohnadır. Onun müqaviləsinə birtərəfli qaydada xitam verilib. Afrikalı oyunçu ilə yanaşı komanda bir neçə futbolçu ilə də yollarını ayırmağı planlaşdırır. Klub Herve Tçami, Ebrima Sohna, Bahodir Nasimov, Ruslan Nəsirli, Ruslan Əmircanov, Məmməd Quliyev, Vaqif Cavadov, Ayite Conatan, Andre Klennon və Elnur Cəfərovu komandadan göndərmək fikrindədir. Artıq Bahodir Nasirov klubun düşərgəsini tərk edərək, ölkəsi Özbəkistana yollanıb. Adlarıçəkilən futbolçuların bir çoxu komandandan göndəriləcək və onların əvəzinə bir neçə legioner oyunçu alınacaq.
Qeyd edək ki, paytaxt klubu bir neçə əcnəbi futbolçu ilə danışıqlar aparır.
Oxşar xəbərlər
"Keşlə" daha bir futbolçu ilə yollarını ayırdı
Elnur Cəfərov "Keşlə"yə də lazım olmadı
"Keşlə" 4 əcnəbi futbolçu ilə yollarını ayırdı
"Səbail" - "Keşlə" - START HEYƏTLƏR
"Keşlə"nin iştirak ərizəsi açıqlandı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası