reklam
Hakim döyüldü, oyun təxirə salındı
Sportfm.az xəbər saytı

Hakim döyüldü, oyun təxirə salındı


Futbol üzrə Yunanıstan Super Liqasında bu həftə oynanılması planlaşdırılan XV tur qarşılaşmaları təxirə salınıb.

Sportfm.az xəbər verir ki, səbəb ölkənin FIFA referisi Thanasis Tzilosun evinin qarşısında müəyyən olunmayan şəxslər tərəfindən döyülməsidir. Bildirilib ki, çempionat oyunları qış fasiləsindən sonra keçiriləcək.

Dörd maskalı şəxs hakimə hücum etdikdən sonra hadisə yerindən qaçıb. Başından və ayağından xəsarət alan Tzilos hadisədən sonra xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Yunanıstan Hakimlər Komitəsi həmkarlarına dəstək üçün həftəsonu qarşılaşmalarında iştirak etməməyi qərarı alıb. 

Oxşar xəbərlər

Azərbaycanlı hakim Yunanıstan çempionatında xəsarət aldı
Əliyar Ağayevin təyinat aldığı oyun təxirə salındı - Qəzaya görə
Çempionlar Liqasının oyunları təxirə salındı
Super Liqada hakimlər boykot etdi
"Topaz" məntəqəsində dava düşdü, xəsarət alan var! - HADİSƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər